Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov mərkəzi icra hakimiyyəti orqanlarının 2024-cü ilin I rübü ərzində həyata keçirdiyi işlərdən danışmış, qurumlar tərəfindən görülən işlər və mühüm əhəmiyyətli digər məsələlər ətraflı müzakirə edilmişdir. Həmçinin qarşıda duran vəzifələrin icrasının təmin edilməsi üçün müvafiq tədbirlərin təşkil edilməsinin zəruriliyini aidiyyəti qurumların rəhbərlərinə çatdırıb.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verərək bildirmişdir ki, Proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmaqla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu sənəd ümumilikdə iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan prioritetlərindən ibarətdir.

Mərkəzi icra hakimiyyəti və dövlət orqanlarının rəhbərlərinə səlahiyyətlərinə aid olan işlərə daha məsulliyyətli yanaşılması ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda 2023-cü ildə ayrılmış vəsait çərçivəsində həyata keçirilməli olan layihələrin qısa müddət ərzində yekunlaşdırılmasını və müqavilə üzrə öhdəliklərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Tapşırıq verilmişdir ki, aidiyyəti dövlət orqanları Təfsilatlı Tədbirlər Planı üzrə 2024-cü ildə ayrılacaq vəsait çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş tikinti layihələrinin, həmçinin infrastruktur və sosial layihələrin həyata keçirilməsi ilə bağlı texniki - iqtisadi əsaslandırma və layihələndirmə sənədlərinin hazırlanmasını, tender müsabiqələrinin keçirilməsinin sürətləndirilməsini təmin etsinlər. Müvafiq qurumlara mütəmadi olaraq görülmüş işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat və hesabat təqdim etmələri tapşırılıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM