satellite   Azerspace-1: 11135 H 30000

Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib - FOTOLAR

Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib<font color=red> - FOTOLAR</font> Astara gömrük postunda 25 kiloqramdan çox marixuana aşkar edilib<font color=red> - FOTOLAR</font>

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən NTV-yə  bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “bibər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı bibər yüklənmiş yeşiklərin alt hissəsində, üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 55 ədəd dördbucaqlı formalı bağlama aşkar edilib. Bağlamalardan ümumi xalis çəkisi 25 kiloqram 75 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM