satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddə aşkar ediblər - FOTOLAR

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddə aşkar ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddə aşkar ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddə aşkar ediblər<font color=red> - FOTOLAR</font>

Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

NTV bu barədə Komitəyə istinadən xəbər verir.

"Şahtaxtı" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə "alkoqolsuz içkilər" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM