Xəzər dənizində zəlzələ baş verib.
NTV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 11:36-da 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 33 kilometr dərinlikdə yerləşib.
