satellite   Azerspace-1: 11135 H 30000

Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub - FOTOLAR

Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub<font color=red> - FOTOLAR</font> Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub<font color=red> - FOTOLAR</font> Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub<font color=red> - FOTOLAR</font> Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində baş vermiş yanğının genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 378 m² olan obyektin 330 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 m²-lik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM