Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuşdur. Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilmiş, dönərxananın fəaliyyəti dayandırılmışdır. Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.
- 09:18 09.06.2025
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
