satellite   Azerspace-1: 11135 H 30000

"Motodrom"da yanğın söndürülüb - YENİLƏNİB

"Motodrom"da yanğın söndürülüb<font color='red'> - YENİLƏNİB</font>

Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın söndürülüb.

 

NTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

 

09:05

Bakıda, "Motodrom" adlanan ərazidə yanğın başlayıb.

 

NTV-nin  xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM