satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada 5,1 və 4,4 maqnitudalı zəlzələlər baş verib

Yaponiyada 5,1 və 4,4 maqnitudalı zəlzələlər baş verib

Yaponiyanın Hokkaydo adasında son 24 saat ərzində 5,1 və 4,4 maqnitudalı iki zəlzələ qeydə alınıb.

NTV  xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən bildirilib.

"Bazar ertəsi axşam maqnitudası 5,1 olan ilk zəlzələ Hokkaydonun cənubunda qeydə alınıb, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib. 4,4 maqnitudalı ikinci təkan isə çərşənbə axşamı gecə eyni ərazidə baş verib, zəlzələ ocağı 42 km dərinlikdə yerləşib", - agentliyin mənbəyi bildirib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM