satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: "Napoli" İtaliya futbolunun tarixinə düşüb

"Napoli" İtaliya futbolunun tarixinə düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda "Ayaks"ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub.

Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç bir kollektivi bunu bacarmayıb.

Qeyd edək ki, "Napoli" qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupuna başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM