satellite   Azerspace-1: 11135 H 30000

“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq

“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq

Mayın 26-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu mərhələdə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) Uesli So (ABŞ) ilə görüşəcəklər.

Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM