satellite   Azerspace-1: 11135 H 30000

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.

Milli assosiasiyadan  NTV-yə  verilən məlumata görə, o, UEFA Qadınlar Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Lüven” (Belçika) – “Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 11-də Belçikanın Lüven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM