Trakiya avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisələrində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 11-i Bolqarıstanda milli matəm elan edilib.
NTV Bolqarıstanın xəbər agentliyi olan BTA-ya istinadla xəbər verir ki, bu barədə qərar ölkənin Nazirlər Şurası tərəfindən qəbul olunub. Matəm günü ilə əlaqədar dövlət qurumlarının binalarında bayraqlar yarıya qədər endirilib, hökumət həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, noyabrın 10-da Yambol vilayətindəki Zimnitsa yol qovşağı yaxınlığında 86 nəqliyyat vasitəsinin iştirakı ilə iki böyük qəza baş verib. Yol hadisələri nəticəsində 11 nəfər həlak olub, 51 nəfər xəstəxanaya yerləşdirilib. Qəzaların səbəbləri araşdırılır.
