satellite   Azerspace-1: 11135 H 30000

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

İsrail qış mövsümünə hazırlıq çərçivəsində Qəzza zolağına əlavə humanitar yardımın çatdırılmasına icazə verib.

NTV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, yardım planına 91 min çadırın, brezent, yorğan və qış geyimləri ilə yüklənmiş 8200 yük maşınının, həmçinin kanalizasiya sularının daşınması üçün 12 xüsusi avtomobilin anklava göndərilməsi daxildir.

Plan çərçivəsində su və kanalizasiya şəbəkələrinin təmiri, nasos stansiyalarının yanacaqla təmin edilməsi də nəzərdə tutulur. Yardımın çatdırılması BMT, beynəlxalq təşkilatlar və donor ölkələrlə koordinasiya edilir.

Netanyahunun ofisi bildirib ki, İsrail Qəzzanın qışa hazırlıq tədbirlərini dəstəkləməyə davam edəcək. Bununla yanaşı, HƏMAS-ın tərksilah olunmaqdan imtinasının anklavın bərpasına mane olduğunu iddia edib.

Xatırladaq ki, 2025-ci ilin yanvarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olublar. Razılaşma hərbi əməliyyatların dayandırılmasını, girovların azad edilməsini və Qəzzaya humanitar yardımın artırılmasını nəzərdə tuturdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM