satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

NTV xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanja Majdova qalib gəlib.

Bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM