satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Bu barədə NTV-yə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək.

Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov, Hüseyn Hüseynov (hər ikisi 57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə, Əli Rəhimzadə (hər ikisi 65 kq), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Turan Bayramov, Musa Verdiyev (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev, Abubakr Abakarov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, Osman Nurmaqomedov (hər ikisi 97 kq), Giorgi Meşvildişvili və Yusif Dursunov (hər ikisi 125 kq) hazırlıq keçəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM