satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Boks Federasiyasından NTV-yə verilən məlumata görə, 9 gün davam edəcək yarışa millimiz 13 idmançı ilə qatılacaq.

Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Renat Qiyaslı (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram), Səfdər Məmmədzadə (+90 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Gülər Hüseynova (51 kiloqram) və Əminə Tağıya (54 kiloqram) şans verəcək.

Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM