satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" Robert Levandovskinin adını "Əfsanələr" bölməsinə daxil edib

"Barselona" Robert Levandovskinin adını "Əfsanələr" bölməsinə daxil edib

İspaniyanın "Barselona" klubu polşalı hücumçu Robert Levandovskinin adını rəsmi saytında "Əfsanələr" bölməsinə daxil edib.

NTV xarici mediaya istinadən xəbər verir ki, təcrübəli hücumçu 4 illik müqaviləsinin müddəti başa çatdıqdan sonra 2026-cı ilin yayında komandadan ayrılıb.

R.Levandovski 2022-ci ilin yayında Münhen "Bavariya"sından "Barselona"ya keçib.

O, İspaniyadakı debüt mövsümündə La Liqanın çempionu olub və 23 qolla turnirin ən yaxşı bombardiri adını qazanıb. Hücumçu ikinci mövsümündə bütün turnirlərdə 26 dəfə fərqlənib.

Kataloniya klubundakı üçüncü mövsüm futbolçu üçün daha məhsuldar keçib. Bütün yarışlarda 42 qol vuran polşalı hücumçu komandanın qızıl dubl (İspaniya çempionatı və kuboku) etməsinə kömək edib, eləcə də klubda və UEFA Çempionlar Liqasında 100 qol həddini aşıb. O, 2025/2026 mövsümündə daha çox rotasiya oyunçusu kimi çıxış etsə də, 19 qolla yadda qalıb.

Qeyd edək ki, "Barselona"nın heyətində bütün turnirlərdə ümumilikdə 120 qol vuran R.Levandovski klub tarixinin ən yaxşı bombardirləri siyahısında 14-cü yeri tutur. Polşalı futbolçu hazırda MLS-də "Çikaqo Fayr"ın şərəfini qoruyur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM