İngiltərə Futbol Assosiasiyası "Çelsi" klubuna transfer qaydalarını pozduğuna görə cəza tətbiq edib.
NTV qurumun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi 2009–2022-ci illərdə transferlər zamanı yol verilmiş pozuntulara görə 10 milyon funt sterlinq məbləğində cərimələnib. Kluba, həmçinin iki transfer pəncərəsi müddətinə yeni futbolçuların alınması qadağan olunub. Qadağanın 2027-ci il iyunun 30-da başa çatacağı bildirilib.
Məlumata görə, klub 2011–2018-ci illərdə menecerlərə qeydiyyatdan kənar ödənişlər edildiyini etiraf edib. "Çelsi" üçün nəzərdə tutulan xalsilmə (6) cəzası isə apellyasiyadan sonra ləğv edilib.
