satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,8 faiz artıb

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,8 faiz artıb

2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 10 435 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NTV-yə verilən məlumata görə, qeydiyyata alınan əmlakların 4785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksidir.

Cari ilin ilk 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 2 milyon manatdan artıq xidmət haqqı daxil olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 min manat və ya 5,5 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM