satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 26,7 faiz artıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 26,7 faiz artıb

2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 1088 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NTV-yə verilən məlumata görə, yeni ünvan verilən obyektlərin 758-i torpaq sahəsi, 115-i mənzil, 104-ü fərdi yaşayış evi, 67-si qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.

Hesabat dövründə, həmçinin 7792 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2758-i daşınmaz əmlakın texniki pasportu, 5034-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM