satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasında XXXI tur 2 oyunla start götürür

Azərbaycan Premyer Liqasında XXXI tur 2 oyunla start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura 2 oyunla start veriləcək.

NTV xəbər verir ki, açılış matçı saat 16:30-da “İmişli” və “Zirə” komandaları arasında olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü Kamranbəy Rəhimov idarə edəcək.

Turnir cədvəlində Bakı klubu 49 xalla 5-ci, İmişlinin eyniadlı təmsilçisi isə 32 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son matçında “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Saat 19:30-da “Bank Respublika Arena”da start götürəcək oyunun baş hakimi Elvin Bayramov olacaq.

Çempionluğu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 24 xalı olan “Kəpəz” isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, XXXI turun digər qarşılaşmaları mayın 9-10-da təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM