satellite   Azerspace-1: 11135 H 30000

Xavi “Çelsi”nin baş məşqçisi ola bilər

Xavi “Çelsi”nin baş məşqçisi ola bilər

İspaniya təmsilçisi "Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes İngiltərənin "Çelsi” klubunu çalışdıra bilər.

NTV xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis London təmsilçisinin rəhbərliyi tərəfindən baş məşqçi postu üçün nəzərdə tutulub. Xavinin son iş yeri 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər çalışdırdığı "Barselona" olub və bu klubu 2023-cü ildə İspaniya çempionu edib.

Qeyd edək ki, “Çelsi” ötən ay baş məşqçisi Liam Rosenyorla vidalaşıb. Komandaya hazırda müvəqqəti olaraq Kallum MakFarlan başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM