satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib

Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində Qazaxıstanı məğlub edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda qələbə qazanıb

NTV xəbər verir ki, komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini üstələyib.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə uduzub - 0:5. Komanda turnirdə son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM