NTV xəbər verir ki. Naxçıvan Dövlət Universitetinin tələbəsi Qafar Hüseynov beynəlxalq idman arenasında növbəti uğura imza atıb.
24–26 aprel tarixlərində İstanbul şəhərində keçirilən “16th Shotokan World Championship” yarışında iştirak edən idmançı yüksək nəticə göstərib.
Qafar Hüseynov Senior Male “Shobu Ippon Kumite (75 kq)” və “Senior Male Shobu Nihon Kumite (75 kq)” kateqoriyalarında mübarizə apararaq hər iki növdə II yerə layiq görülüb.
Rəsmi nəticələrə əsasən, Qafar Hüseynov “Shobu Nihon Kumite” üzrə finala qədər irəliləyib. İdmançı yalnız həlledici mərhələdə Qırğızıstan təmsilçisinə məğlub olaraq gümüş medal qazanıb.
