satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı məğlub edib

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı məğlub edib

Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.

NTV xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbaxça”nı 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

“Fənərbaxça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM