Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
NTV xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada çətin səfər oyununa çıxacaq.
Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olacaq. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.
