Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
NTV xəbər verir ki, günün son görüşündə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. “Palms Sports Arena” stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Neftçi" 43 xalla beşinci, “Araz-Naxçıvan" isə 39 xalla altıncı pillədə yer alıb.
Daha əvvəl "Sabah" - "Zirə" (2:2) və “Şamaxı” - “Qarabağ” (0:0) matçlarında heç-heçə qeydə alınıb.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
