2025/2026 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək bütün komandalar dəqiqləşib.
NTV-nin məlumatına görə, bu, bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan sonra bəlli olub.
Həlledici matçda rəqibini üstələyən (3:2) "Sabah" UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Misli Premyer Liqasının qalibi olan "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Digər avrokubok iştirakçıları, "Zirə" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasında çıxış edəcək.
