Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasında yarımfinala çıxıb.

NUHÇIXAN xəbər verir ki, Münhen təmsilçisi turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin “Arsenal” komandasını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıb.

Qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub. İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

1974, 1975, 1976, 2001, 2013 və 2020-ci illərdə turnirin qalibi olan “Bavariya” Çempionlar Liqasının altıqat qalibidir. “Arsenal” bir dəfə turnirin finalında çıxış edib: 2006-cı ildə “topçular” “Barselona”ya uduzub.

Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi “Mançester Siti”dir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM