satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblər

Naxçıvanda 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblər

Bu gün ölkə üzrə 50 min 823 şagird imtahan vermək üçün qeydiyyatdan keçib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanları respublika üzrə 32 şəhər və rayonda, o cümlədən muxtar respublikanın bütün bölgələrini əhatə etməklə 14 ümumtəhsil məktəbində təşkil olunub. Muxtar respublika üzrə imtahanlarda iştirak etmək üçün, ümumilikdə 3 min 160 şagird qeydiyyatdan keçib.  

Abituriyentlər saat 09.00-dan etibarən imtahan binasına buraxılıblar. İmtahan respublikanın bütün bölgələrində eyni vaxtda - saat 11:00-da başlayıb. 

Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun Naxçıvan televiziyası İnformasiya Agentliyinə verdiyi məlumata görə, imtahanların keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 40 imtahan rəhbəri, 318 nəzarətçi-müəllim cəlb olunub.

Muxtar respublikada keçirilən buraxılış imtahanlarında Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına tam orta məktəbdə 264 şagird, Heydər Əliyev adına Hərbi Liseydə 130 şagird, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 277 şagird, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 285 şagird, Şərur şəhər 1 nömrəli tam orta məktəbdə 276 şagird, Şərur şəhər 2 nömrəli tam orta məktəbdə 304 şagird, Babək şəhər 1 nömrəli tam orta məktəbdə 240 şagird, Babək şəhər 2 nömrəli tam orta məktəbdə 163 şagird, Şıxmahmud kənd tam orta məktəbdə 213 şagird, Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə 271 şagird, Culfa şəhər 3 nömrəli tam orta məktəbdə 319 şagird, Kəngərli rayonun Qıvraq qəsəbə tam orta məktəbində 190 şagird, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə 146 şagird, Sədərək rayonun Sədərək kənd 1 nömrəli tam orta məktəbində isə 82 şagird buraxılış imtahanında iştirak ediblər.

Qeyd edək ki, bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu, DİM-in işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM