satellite   Azerspace-1: 11135 H 30000

Magistraturaya qəbul planı 78,41 faiz dolub

Magistraturaya qəbul planı 78,41 faiz dolub

Magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbulun birinci yerləşdirmə mərhələsində ayrılmış 17 min 658 plan yerinin 13 min 845-i tutulub.

NTV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qəbul planı 78,41 faiz dolub. Birinci yerləşdirmədən sonra 3 813 vakant yer qalıb.

Ən yüksək qəbul göstəricilərindən biri Azərbaycan Dövlət İqtisad Universitetində qeydə alınıb. Universitet üzrə qəbul planı 97,06 faizi dolub. Qəbul planı Azərbaycan Texniki Universitetində 91,72, Azərbaycan Dövlət Pedaqoji Universitetində 87,48, Bakı Dövlət Universitetində 83,28, Bakı Mühəndislik Universitetində 72,95 faiz dolub.

DİM sədri qeyd edib ki, vakant qalan yerlər ikinci yerləşdirmə mərhələsində yenidən müsabiqəyə çıxarılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM