satellite   Azerspace-1: 11135 H 30000

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiyaya qeydiyyat başlayıb

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiyaya qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) üçün Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyata başlayıb.

DİM-dən NTV-yə bildirilib ki, qeydiyyat iyulun 21-dən 25-i saat 23:59-dək aparılacaq.

Müsahibədə III ixtisas qrupu üzrə müsabiqə şərtlərini ödəyən, ümumi balı azı 150, qəbul imtahanının ikinci mərhələsi üzrə isə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsahibədən məqbul qiymət alan abituriyentlər və subbakalavrlar ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd etmək hüququ qazanacaqlar. İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya Bakıda fəaliyyət göstərəcək.

Müsahibə zamanı iştirakçıların dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji xüsusiyyətlərinin ixtisasa uyğunluğu, həmçinin tolerantlıq və multikulturalizmə dair təsəvvürləri qiymətləndiriləcək.

Qeyd edək ki, qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı məlumatlar “Abituriyent” jurnalının 2026-cı il üzrə xüsusi buraxılışlarında təqdim olunub. Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri müəyyənləşdikcə cədvələ əlavə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM