Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan NTV-yə bildirilib ki, Günəş fəallığı zəifləyib. Maksimal sinifli alışma 4491 ləkə regionunda baş vermiş C8.9 sinifli alışma olub və Tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində 3 ləkə qrupunda 44 ləkə və meridional tac dəliyi müşahidə olunur.
C sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürəti mənfi qütblü Tac dəliyi axınlarının təsiri ilə yüksələcək.
Geomaqnit sahəsinin intensivliyinin iyulun 22-də G1 səviyyəsinədək, yəni zəif geomaqnit qasırğasınadək yüksəlməsi ehtimalı var.
