satellite   Azerspace-1: 11135 H 30000

Qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək istəyən 94 mindən çox abituriyent ərizəsini təsdiq edib

Qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək istəyən 94 mindən çox abituriyent ərizəsini təsdiq edib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 29-u saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) saytına daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

DİM-dən NTV-yə  bildirilib ki, aprelin 29-na olan məlumata əsasən I ixtisas qrupu üzrə 32946, II ixtisas qrupu üzrə 27405, III ixtisas qrupu üzrə 27543, IV ixtisas qrupu üzrə 6403 olmaqla, ümumilikdə isə 94297 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM