satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 7 məktəbə direktor vakansiyası elan olunub

Naxçıvanda 7 məktəbə direktor vakansiyası elan olunub

NTV xəbər verir ki, ölkə üzrə mərkəzləşmiş qaydada keçiriləcək direktorların işə qəbulu müsabiqəsinə Naxçıvanın ümumtəhsil müəssisələrindən  7  vakant direktor vəzifələsi çıxarılıb.

27 fevral 2026-cı il saat 11:00-dan etibarən ölkə üzrə mərkəzləşmiş qaydada  direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. 

Direktorların işə qəbulu prosesinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən də 7 vakant direktor vəzifəsi çıxarılıb. Belə ki, Naxçıvan şəhər 13 nömrəli, Şərur Rayon Çomaxtur, Mahmudkənd, Püsyan, Babək Rayon  Babək Şəhər 2 nömrəli, Didivar və Kəngərli Rayon Şahtaxtı kənd  tam orta məktəblərində olan vakant direktor vəzifələri müsabiqəyə çıxarılıb.  

Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək  https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Proses ölkə üzrə mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.

Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.

Müsahibə mərhələsi müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM