ABŞ Prezidenti Donald Tramp noyabrda Asiyaya planlaşdırılan səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini istisna etməyib.
NTV xəbər verir ki, Tramp jurnalistlərin mümkün görüşlə bağlı sualını cavablandırarkən deyib: “Mən Kim Çen Inla görüşə bilərəm. Bu, maraqlı olardı. Onunla münasibətlərimiz yaxşıdır”.
Trampın noyabrda Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı gözlənilir.
