satellite   Azerspace-1: 11135 H 30000

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir

“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir

Fevralın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” testi keçiriləcək.

DİM-dən NTV-yə bildirilib ki, “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Şagirdlər testlərdən keçməklə gələcək ixtisaslarını müəyyən edə bilərlər. Bu alət üç əsas istiqaməti əhatə edir:

1. Təfəkkür növləri üzrə test

2. Şəxsi xüsusiyyətlər testi

3. Peşə maraqları testi

Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testdə iştirak etmək üçün qeydiyyat fevralın 19-u saat 15:00-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM