satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesində 345 müəllimin iştirakı nəzərdə tutulur

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırılması prosesində 345 müəllimin iştirakı nəzərdə tutulur

NTV xəbər verir ki, iyunun 18-də ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start veriləcək. Bu il sertifikasiya prosesinə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat,coğrafiya, ibtidai sinif, biologiya, kimya, fizika, informatika, ingilis, fransız və alman dilləri üzrə ümumtəhsil müəssisələrində tədris aparan müəllimlər cəlb olunacaq. Proses iyunun 25-nə kimi davam edəcək.   

Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin mərkəzləşmiş qaydada sertifikatlaşdırma prosesi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunacaq. 

Sertifikatlaşdırma prosesində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrindən 345 müəllimin iştirakı nəzərdə tutulur.

Sertifikasiya şurasının tədbirlər planına uyğun olaraq dövlət və ictimaiyyət, eyni zamanda mətbuat nümayədələrinin iyunun 18-i saat 9:00-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzinə infoturu təşkil olunacaq.  

İnfoturun təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərit və prosesin şəfaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM