satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Varşavadakı səfiri Polşa XİN-ə çağırılıb

Rusiyanın Varşavadakı səfiri Polşa XİN-ə çağırılıb

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev bu gün Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Varşava radiosu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonskiyə istinadla məlumat yayıb. Polşalı diplomatın sözlərinə görə, səfirin XİN-ə çağırılması RF Prezidenti Vladimir Putinin dünənki çıxışına reaksiyadır.

“Mən öz mövqeyimizi səfirə açıq şəkildə bildirdim”, - Yablonski belə deyib.

Rusiya Prezidenti Vladimir Putin ötən gün RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Polşanın ünvanına bu ifadələri işlədib: “Məhz Sovet İttifaqı sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə xeyli torpaq, Almaniyanın torpaqlarını alıb”.

“İndiki Polşanın qərb əraziləri, doğrudan da, Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublar? Biz xatırladırıq”, - deyə Vladimir Putin əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM