satellite   Azerspace-1: 11135 H 30000

Koçaryan və daşnaklar Paşinyana qarşı birləşdilər

Koçaryan və daşnaklar Paşinyana qarşı birləşdilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Dirçələn Ermənistan" partiyalarının rəhbərləri seçkiqabağı blokun yaradılması ilə bağlı memorandum imzalayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, blokun təqdimatı dünən İrəvanda Koçaryana qoşulan siyasi qüvvələrin mitinqində baş verib.

Siyasi bloka "Ermənistan" adı verilib. Nikol Paşinyana qarşı birləşən qüvvələr iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etmək qərarına gəliblər. Yeni yaradılan partiyalar blokuna R.Koçaryan rəhbərlik edəcək.

Qeyd edək ki, "Dirçələn Ermənistan" partiyasını Sünik (Zəngəzur red.) bölgəsinin keçmiş qubernatoru Vahe Akopyan ikinci Qarabağ müharibəsindən sonra təsis edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM