satellite   Azerspace-1: 11135 H 30000

Cey Kleyton Ağ Evdə kibertəhlükəsizlik üzrə idarəyə müvəqqəti rəhbərlik edəcək

Cey Kleyton Ağ Evdə kibertəhlükəsizlik üzrə idarəyə müvəqqəti rəhbərlik edəcək

ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton Ağ Evdə kibertəhlükəsizlik üzrə idarəyə müvəqqəti rəhbərlik edəcək.

NTV  “Axios” nəşrinə istinadla xəbər verir ki, Cey Kleyton ABŞ Prezidenti Donald Trampın bu vəzifəyə təyin olunmasını təklif etdiyi Kirsten Devisin namizədliyi Senat tərəfindən təsdiqlənənədək idarə rəhbərinin vəzifəsini icra edəcək.

Devisin bundan əvvəl Pentaqon rəhbərinin müşaviri vəzifəsində çalışmış Şon Kernkrossu əvəz edəcəyi gözlənilir. Kernkross son vaxtlar baş vermiş texniki nasazlıqlar və kiberhücumlarla bağlı məlumatlar fonunda vəzifəsindən ayrılıb.

Daha əvvəl Amerika mediası ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş məxfi rabitə sisteminin fəaliyyətinin dayandırılması barədə məlumat yaymışdı.

Bundan əlavə, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) telekommunikasiya sistemlərində, eləcə də “Microsoft” korporasiyasının xidmətlərində genişmiqyaslı nasazlıq baş verib.

Təqdim olunan məlumatda kadr dəyişikliklərinin və qeyd olunan insidentlərin rəsmi səbəbləri dəqiqləşdirilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM