BMT-nin Qərbi Saxarada referendum üzrə missiyasının ilk qrupu regionu tərk edib.
NTV bu barədə Mərakeşin "Hespress" nəşrinə istinadən məlumat verir.
Oktyabrın sonunda BMT Təhlükəsizlik Şurası missiyanın mandatını uzada bilməyib.
Qəzet qeyd edib ki, heyətin çıxarılması bazar ertəsi axşamı Əl-Ayun şəhərindəki Həsən I Hava Limanından başlayıb. Proses yaxın günlərdə mərhələli şəkildə davam edəcək.
BMT-nin Qərbi Saxaradakı sülhməramlı missiyası 1991-ci ildə Mərakeş və Əlcəzairin dəstəklədiyi "Polisario Cəbhəsi" arasında atəşkəs sazişindən bəri 35 il davam edib.
Missiya atəşkəsi izləyib və bölgədə öz müqəddəratını təyinetmə ilə bağlı referendum təşkil edib. Lakin seçici siyahıları ilə bağlı tərəflər arasında illərdir davam edən mübahisələrə görə referendum heç vaxt baş tutmayıb.
