satellite   Azerspace-1: 11135 H 30000

ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırı

ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırı

ABŞ hakimiyyəti süni intellekt sistemlərinin işləməsi üçün istifadə olunan çiplərə və serverlərə uzaqdan girişi məhdudlaşdıran yeni qaydalar tətbiq edib.

NTV xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun yaydığı məlumatda bildirilib.

Yeni qaydalar üçüncü ölkələrdə yerləşən məlumat mərkəzləri vasitəsilə ABŞ-nin həssas texnologiyalarına tətbiq olunan ixrac məhdudiyyətlərinin yan keçilməsinin qarşısını almağı nəzərdə tutur.

“The Washington Post” qəzetinin yazdığına görə, bu addım, xüsusilə, Çinin süni intellekt modellərinin hazırlanmasında Amerika çiplərindən istifadə imkanlarını məhdudlaşdırmağa yönəlib.

Bundan əvvəl “The Wall Street Journal” Tramp administrasiyasının ABŞ-nin süni intellekt sənayesini dəstəkləmək məqsədilə 20-dən çox şirkəti əhatə edəcək “milli çempionlar” proqramını elan etməyə hazırlaşdığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM