satellite   Azerspace-1: 11135 H 30000

Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb

Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb

Nepalın mərkəzi hissəsində mikroavtobusun yoldan çıxaraq dərəyə aşması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər yaralanıb.

NTV “The Rising Nepal” nəşrinə istinadla xəbər verir ki, polisin məlumatına görə, hadisə bu gün səhər saatlarında ölkənin Makvanpur rayonunun Çisapani Qadi ərazisində baş verib. Katmandudan Sarlahi rayonuna hərəkət edən elektrik mühərrikli mikroavtobus yoldan çıxaraq təxminən 700 metr hündürlükdən aşağı düşüb.

Rayon Polis İdarəsinin sözçüsü Madhav Prasad Kavlinin bildirdiyinə görə, qəza nəticəsində 5 kişi və 5 qadın həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Hadisə yerinə Silahlı Polis Qüvvələrinin, Nepal Polisinin və Nepal Ordusunun xilasetmə qrupları cəlb olunub.

Qəzanın digər təfərrüatları və həlak olanların şəxsiyyəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Nepalda avtobus qəzalarının əsas səbəbləri sırasında yolların pis vəziyyətdə olması və əlverişsiz hava şəraiti göstərilir. Ölkədə yol-nəqliyyat hadisələrinin əksəriyyəti hər il musson yağışları mövsümündə baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM