satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 40 yaşlı kişi soyuqdan həyatını itirib

Naxçıvanda 40 yaşlı kişi soyuqdan həyatını itirib

NTV xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb.

Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu donmuş vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, mərhum 2014-cü ildən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub. Onun alkoqol asılılığından əziyyət çəkdiyi də qeyd edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM