satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb

İndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb.

NTV xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib.

Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsindən 4 676 m hündürlüyə bərabərdir. Püskürmələr əsasən cənub və cənub-qərb istiqamətlərində ağ və boz külün atılması ilə müşayiət olunub.

Mərkəz yaxınlıqdakı rayonların sakinlərini və turistləri kraterə yaxınlaşmamağa çağırıb, həmçinin sel axınları riski barədə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM