satellite   Azerspace-1: 11135 H 30000

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

Avstriya Aİ-ni qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb

Avstriyanın daxili işlər naziri Gerhard Karner Avropa İttifaqını (Aİ) qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb.

NTV xəbər verir ki, insan qaçaqmalçılığı şəbəkələri tərəfindən təşkil olunan kütləvi və mütəşəkkil miqrant axını hallarında sığınacaq müraciətləri araşdırılmadan miqrantların sərhəddən geri qaytarılması da təklif edilir.

Nazir Avropa qanunvericiliyinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, üzv dövlətlərə öz sərhədlərini daha effektiv qorumağa və kütləvi miqrasiya dalğalarına qarşı daha təsirli mübarizə aparmağa imkan verməlidir.

Bildirilir ki, cari ilin ilk doqquz ayında Avstriyada sığınacaq müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz azalıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında 7397 müraciət qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 13 min 347 olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM