satellite   Azerspace-1: 11135 H 30000

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib.

NTV "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, buna UEFA Millətlər Liqasında Fransa millisinin Belçika ilə matçının gec başlaması səbəb olub.

Fransanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşün startı meydan sahiblərinin futbolçularının geyimindəki problemlər səbəbindən bir neçə dəqiqə yubanıb. Geyimlərinin üzərində uyğunsuz rəngdə olan lentin meydana çıxmazdan əvvəl dəyişdirilməsi tələb edilib.

UEFA baş verənləri Millətlər Liqasının reqlamentinin 6.07-ci bəndinin pozulması kimi qiymətləndirib. Həmin müddəaya əsasən, milli federasiyalar oyunçuların geyimi haqqında məlumatı öncədən UEFA-ya təqdim etməlidirlər. Bundan əlavə, geyimlərin üzərindəki lent və sarğılar şəffaf olmalı, həmçinin rənglər uyğunluq təşkil etməlidir.

Qeyd edək ki, 4 turdan sonra Fransa 10 xalla A Liqasının I qrupuna başçılıq edir, Belçika isə 6 xalla 3-cü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM