satellite   Azerspace-1: 11135 H 30000

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi işləri başa çatıb.

 

NTV xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi Astanada diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

 

O, ölkədə yeni data mərkəzlərinin tikintisi layihələrinin də davam etdiyini qeyd edib. Nazirin sözlərinə görə, Qazaxıstan dövlət idarəçiliyində, kənd təsərrüfatında və maliyyə sektorunda süni intellekt əsaslı həlləri fəal şəkildə tətbiq etmək niyyətindədir.

 

Qazaxıstan xarici tərəfdaşlarını yeni hesablama infrastrukturunun yaradılması, süni intellektin tətbiqi, nəqliyyat və logistikanın rəqəmsallaşdırılması, blokçeyn texnologiyalarının inkişafı və aktivlərin tokenləşdirilməsi sahəsində əməkdaşlığa dəvət edir.

 

Xarici işlər naziri, həmçinin qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfərlər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM