satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində zəncirvari qəza baş verib, xəsarət alan var

Naxçıvan şəhərində zəncirvari qəza baş verib, xəsarət alan var

Naxçıvan şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM